Rza Zərrabın işinə baxan prokuror işdən qovuldubackend

Rza Zərrabın işinə baxan prokuror işdən qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, istefanı ondan ABŞ-ın Ədliyyə nazirliyi tələb edib.

Məlumata görə, bir gün öncə Amerikanın Ədliyyə nazirliyi keçmiş ABŞ prezidenti Barak Obama tərəfindən təyin edilmiş 46 prokurorun istefaya getməsini tələb edib. Prit Bharara da istefaya göndərilənlər arasında olub.

Qeyd edək ki, Bharara çirkli pulların yuyulmasında, bank saxtakarlığında və İrana qarşı ABŞ-ın qoyduğu sanksiyaları pozmaqda ittiham olunan iranlı iş adamı Rza Zərrabın işinə baxması ilə məşhurdur. (musavat)

İnterpress.az