Müəllif publika.az-a açıqlamasında APA TV-dən ayrıldığını deyib:
“Həmin veriliş yəqin ki, davam etdiriləcək. Lakin hansı adla, onu deyə bilmərəm. Düzdür, layihə mənim idi, amma verilişin bundan sonrakı aparıcısına halallıq verirəm. Bu holdinqlə uzun müddətdir əməkdaşlıq edirəm, bu ilin əvvəlində televiziyada verilişin aparıcı idim. Məncə, maraqlı alınırdı, reytinq də var idi. Sadəcə müəyyən səbəblərdən ötən həftə televiziyadan ayrıldım. Hər bir işdən ayrılmaq üçün səbəb olur. Ciddi bir şey deyil, yaradıcılıq baxımından fikirlərimiz üst-üstə düşmədi. Lakin bundan sonra APA holdinqlə əməkdaşlıq etmək fikrində deyiləm. Ancaq yazı adamı olduğumdan mətbuat və televiziya ilə əməkdaşlığımı davam etdirəcəyəm. Hazırda da təkliflər var, onları dəyərləndirirəm”.
İnterpress.az