İnterpress.az xəbər verir ki, bunu \”Report\”a açıqlamasında Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.
O bildirib ki, martın sonunda Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov BƏƏ-yə səfər edəcək. Səfər çərçivəsində R.Usubov BƏƏ-li həmkarı ilə görüşəcək.
D.Şikarov qeyd edib ki, aprel ayında ikitərəfli iqtisadi komissiyanın növbəti iclasının Əbu-Dabidə keçirilməsi də nəzərdə tutulub. Səfirin sözlərinə görə, iclas baş tutarsa iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti BƏƏ-yə səfər edəcək.
İnterpress.az