NATO-nun baş katibi Şotlandiyaya mesaj göndərdibackend

NATO-nun baş katibi Şotlandiyaya mesaj göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, bu barədə Şotlandiyanın birinci naziri Nokola Stercen ikinci referendum çağırışları barədə danışarkən deyib.

\”Əgər bu baş verərsə və Şotlandiya müstəqil olarsa Böyük Britaniya NATO-nun üzvü sayılacaq, yeni müstəqil dövlət kimi Şotlandiya üzv olmaq üçün müraciət etməlidir\”, – Stoltenberq deyib.

\”Böyük Britaniyanı tərk etmək, NATO-nu tərk etmək deməkdir\” – baş katib Şotlandiyaya ismarış göndərib. Stoltenberq həmçinin qeyd edib ki, Şotlandiya NATO-nun üzvü olmaq üçün lazımi kriteriyalara uyğun ola bilər, lakin qəbul prosesi uzun illər tələb edir və bu 28 üzv tərəfindən ratifikasiya edilməlidir.

Qeyd edək ki, Şotlandiyanın qərb sahilində BB-nin nüvə bazası yerləşir və İngiltərə hökuməti nüvə bazasının müstəqil Şotlandiyanın ərazisində qalmağa çətin icazə versin. Bundan əlavə NATO-nun da buna izləyici kimi qalmayacağı aydın görünür. Həmçinin, Böyük Britaniyanın ən böyük hərbi aviasiyası da Şotlandiyanın ərazisində yerləşir.

Əgər müstəqillik əldə edilərsə Şotlandiya Böyük Britaniyanın silahlı qüvvələrinin öz hissəsinə düşən paya haqq qazanacaq və öz ordusunu qurmalı olacaq.

Müstəqillik Şotlandiya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Belə ki, BB-nin müdafiə sənayesinin əsas şirkətləri Şotlandiyada yerləşir. Əksər hərbi gəmilər Qlazqonun kənarında Klaydda tikilir, lakin İngiltərə hökumətinin təhlükəsizlik nöqteyi nəzərindən zavodları cənuba köçürəcəyi güman edilir.

Xatırladaq ki, Breksitdən sonra Şotlandiyanın birinci naziri Nikola Stercen Şotlandiyanın maraqlarını qorumaq naminə ikinci referendum çağırışı edib. O, yenidən referendum keçirilməsini və Şotlandiyanın müstəqil dövlət olması gərəkdiyini vurğulayıb. Birinci nazir gələn həftə çərşənbə axşamı Şotlandiya parlamentindən Vestministerə refenrendum üçün müraciət etmək üçün icazə istəyəcək.

İnterpress.az