Seuldakı evlərindən canlı efirə qoşulan Robert Kelli o gün və daha sonra baş verənlərdən danışıb.
“O anda həyat yoldaşım Cunq-a-Kimin baş verənləri görüb onları hər hansı bir yolla otaqdan çıxarmağına ümid edirdim. Rəqs edərək içəri girən qızım Marionun oturub kitab oxumağını gözləyirdim. Oğlum Ceyms otağa daxil olandan sonra bütün ümidlərim suya düşdü. O dəqiqədən sonra BBC-nin yayımı bitirməyinə ümid edirdim”, – deyə professor qeyd edib.
O bildirib ki, hadisədən sonra telekanalın onunla bir daha əlaqə saxlamayacağını düşünüb: “Aramızdakı yayın əlaqəsini məhv etdiyimizi düşündüm”.
Robert Kelli vurğulayıb ki, hadisədən sonra yüzlərlə zəng gəlib: “İlk öncə çox narahat olduq, daha sonra isə buna çox güldük”.
İnterpress.az