Rusiyada turist avtobusu aşıb: Ölənlər varbackend

Rusiyada turist avtobusu aşıb: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, məlumata görə, üç nəfər ölüb, 20 nəfər isə yaralanıb. Qəzaya mümkün səbəb kimi sürüşkən yol göstərilib.

Qəza “Skandinaviya” avtomobil yolunun 16-cı km-də saat 08:55 (Bakı vaxtı ilə 09:55) baş verib, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

“Avtobusda 31 sərnişin olub. Qəza nəticəsində üç nəfər ölüb, 11 nəfər xəsarət alıb”, – agentliyin həmsöhbəti bildirib.

Regional DYHTİ-nin (Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İnspektorluğu) mətbuat xidmətinin məlumatında avtobusda 32 nəfərin olduğu bildirilib.

“İlkin məlumata görə, qəza nəticəsində üç nəfər ölüb, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”, – DYKTİ-dən bildirilib.

“İnterfaks”ın xüsusi xidmətlərdə olan mənbəyi avtobusda olan sərnişinlərin hamısının Rusiya vətəndaşı olduğunu dəqiqləşdirib.

İnterpress.az