İnterpress.az xəbər verir ki, azxeber.com-a hadisə şahidləri gənc yazarın ölüm anını lentə alaraq göndəriblər. Görüntülərdən də göründüyü kimi, mərhum intihar etdikdən bir neçə dəqqiqə sonra hadisə yerinə təəcili yardım maşını gəlib. Onun üstünün qəzetlə örtüldüyü görüntülərdə əksini tapıb.
Qeyd edək ki, intiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
İnterpress.az