Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.
Bunu açqılamasında Əfv Məsələləri Komissiyasının üzvü, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, prezidentin sərəncamı ilə 423 məhkum əfv edilib: \”Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib\”.
Siyahının yaxın dəqiqələrdə açıqlanacacağı gözlənilir.
Xəbər yenilənir…
İnterpress.az