ABŞ namaz vaxtı məscidi bombaladı – 58 nəfər öldübackend

ABŞ namaz vaxtı məscidi bombaladı – 58 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havadan məscidə endirilən zərbə nəticəsində 58 nəfər həlak olub, 100 nəfərdən çox yaralı var. Onlarla insanın dağıntılar altında qaldığı bildirilir. Cina kəndinin mülki müdafiə səlahiyyətlilərindən Yəhya Cəvad məscidə hücumun bir qırıcı tərəfindən törədildiyini açıqlayıb.

ABŞ mərkəzi qüvvələr komandanlığı Hələbin Cina kəndinə havadan zərbələr endirildiyini etiraf edib. Yayılan bəyanatda Əl-Qaidə terror təşkilatına aid bir məntəqənin vurulduğu, çox sayda terrorçunun öldürüldüyü xəbər verilir.

ABŞ-ın Müdafiə Nazirliyi hazırda məsələnin araşdırıldığını bəyan edib.

İnterpress.az