Anası intihar edən qızının cənazəsindən imtina etdibackend

Anası intihar edən qızının cənazəsindən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Baş polis idarəsindən “Sputnik Azərbaycana”-a verilən məlumata görə, 16 mart tarixində saat 23:15 radələrində 2001-ci il təvəllüdlü qız özünü binadan atıb. Araşdırmalar nəticəsində qızın Xaçmaz rayon sakini olduğu və Abşeron rayonu Məhəmmədli qəsəbəsində qohumlarının evində yaşadığı məlum olub.

İntihar etməyə hazırlaşan qız ev paltarında, planşetini və pul kisəsini götürərək evdən çıxıb. Əməliyyatçılar qızın pul kisəsini və planşetini hadisə yerindən uzaqda aşkarlayıblar. Planşetdə olan bütün şəxsi məlumatlar silinibmiş. Prokurorluq əməkdaşları qızın intihar səbələrini araşdırıblar.

Məlum olub ki, intihar edən qızın anasının psixoloji problemləri olub. Qohumlarının sözlərinə görə, 6 ay əvvəl ana qızını möhkəm döyüb. Bundan sonra qadın uşaqlarını və ərini ataraq evi tərk edib. Bu hadisədən sonra evdən gedən qız Abşeron rayonunda yaşayan qohumlarının evində yerləşib, məktəbə getmirmiş.

Məhkəmə-tibbi ekspertizadan verilən məlumata görə, ana qızının cənazəsini morqdan götürməkdən imtina edib:

“Mən gəlsəm də, o dirilməyəcək”-deyən ana dəstəyi asıb.

İnterpress.az