“Yazıblar ki, guya bu baş nazirin sonuncu hesabatıdlır. Guya istefaya gedəcək, nə bilim nə…O millət ki, öz prezidentini, baş nazirini, spikerini sevir, o ölkə güclü, xoşbəxt ölkədir. Mən kiməsə yaltaqlanmaq fikrində deyiləm. Amma elə vəzifə, elə sənət sahəəri var ki, onları ahıl insanlara etibar etmək böyük xoşbəxtlikdir. İsraildə bir baş nazirə “Buldozer” ləqəbi vemişdilər. Allah rəhmət eləsin! Artur müəllim onun toprpağı sanı yaşasın! Elə Artur müəllimdir, Səfa müəllimdir, mən bu insanlarla qürur duyuram. Bugünkü hesabat da göstərdi ki, bəzi adamların arzuları gözündə qaldı. Mən bu hesabatı necə təqdim etməsini görüb sevinirəm”.
Daha sonra Y.Abramov problemlərdən danışdı: “Bu gün məni yenə də narahat edən bu başı batmış valyutadır. Samir müəllim, Elman müəllim, Rüfət müəllim, satışla alış arasında heç vaxt bu qədər fərq olmayıb! Bununla bu millətin belini qırırıq. Banklar bədbəxt oldu, bir neçə nəfər tutuldu, sonra nə oldu? Bir qrup insan bizə mane olur, onlar kimlərdir, mən bilmirəm. Bunlara son qoymaq lazımdır”.
“Daha almadan danışmayacağam, alma sözünü dilə gətirməyəcəyəm. Azərbaycanın albalı şirəsi, üzüm yarpağı da valyuta qazandıra bilər”-deyə deputat əlavə etdi.
Y.Abramov ardınca həmkarlarına üz tutdu: “Deputatlara qarşı da iradlarım var, müsahibə verirlər ki, aprelin 15-nə kimi 6 vitse-prezident seçiləcək. Adları adlandırmaqla ya kadrlarımızı vurur, ya da onları gözə soxurlar. Bu barədə yalnız prezident qərar verə bilər”. “Mən bir dəfə görmədim ki, bizim bu maliyyə triosunun nümayəndələri televiziyaya çıxıb sadə dillə xalqa vəziyyəti izah etsinlər”.
İnterpress.az