İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə \”Gmireyts al-yaum\” qəzeti məlumat yayıb.
Buna səbəb İsveçrənin BMT-də Bəhreyndə insan hüquqlarının pozulduğunu bəyan etməsi olub. Bəhreynin insan haqlarının qorunması sahəsində bir sıra addımlar atdığını vurğulayan BƏƏ xarici işlər nazirinin müavini Əbderrahim əl-Audi deyib ki, belə məsələləri ikitərəfli kanallarla müzakirə etməyə üstünlük vermək lazımdır, Bəhreynlə İsveçrə arasında da belə kanal yaradılıb. Ə. əl-Audi Bəhreynin təhlükəsizliyi və sabitliyinin BƏƏ-nin təhlükəsizlik və sabitliyi olduğunu vurğulayıb: \”İsveçrə kimi bəyanatların verilməsi isə dağıdıcı və terrorçu fəaliyyətlərin həyata keçirilməsinə bəhanə yaradır. BƏƏ İsveçrənin bu məsələ ilə bağlı mövqeyinə yenidən baxmasını gözləyir\”.
Qeyd edək ki, 2011-ci ildə Bəhreyndə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrinin dəstəyi ilə hökumət əleyhinə şiə qruplaşmaların etiraz aksiyaları yatırdılıb. 2014-cü ildə Bəhreyn paytaxtında təhlükəsizliyin qorunmasında iştirak edən BƏƏ polis zabiti də şiə qruplaşmalar tərəfindən öldürülüb.
İnterpress.az