İnterpress.az xəbər verir ki, Ərbil Arxeologiya Komitəsində işləyən Goran Məhəmməd açıqlamasında öz ərazisində inşaat işləri həyata keçirən şəxsin tarixi əsərləri tapdığını bildirib. O, bir qübbə içərisində 9 məzarın tapıldığını qeyd edib:
\”Bu vaxta qədər məzarlardakı 3 tabutu açdıq və böyük qismi saxsı qablardan ibarət 15 parçanı çıxardıq. Komandamız tapılan parçalar və məzar üzərində araşdırmalar apardı. Təxmin edirik ki, məzarlar Assuriya dövrünə aid olub, 3000- 3500 illik bir tarixə sahibdir\”.
Məhəmməd sözügedən ərazidə qazıntı işlərinin davam etdiyini, başqa məzarların da tapılma ehtimalının olduğunu bildirib.
İnterpress.az