İnterpress.az xəbər verir ki, festival Moskva Cümə məscidində keçiriləcək. Məscidə təşrif buyuran möminlər nadir təbərrük-əmanət sayılan Peyğəmbərimizin(s) saç tükünü görə biləcəklər. Təşkilatçıların sözlərinə görə, tədbirin məqsədi geniş ictimaiyyətə İslamın gözəl ənənələrini nümayiş etdirməkdir. Cümə mscidində tanınmış xəttat və rəssamların əsərləri təqdim olunacaq. Eyni zamanda müsəlman tarixinə aid teatr tamaşaları göstəriləcək və xeyriyyə yarmarkası da keçiriləcək.
Xatırladaq ki, 2015-ci ilin oktyabrında Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən Moskva Cümə məscidinə bağışlanmış Peyğəmbərimizin(s) saç tükü indiyədək bir neçə dəfə nümayiş olunub. Müqəddəs təbərrük 2016-cı il yanvarın 24-də Məhəmməd Peyğəmbərin(s) mövludu günündə azərbaycanlı tanınmış iş adamı Araz Ağalarova məxsus “Krokus Siti Xoll” konsert salonunda da nümayiş etdirilmişdi. (moderator.az)
İnterpress.az