İnterpress.az-ın məlumatına görə, terrorçu-kamikadzelərdən ikisi özlərini məcburi qaçqınlar üçün düşərgədə partladıb. Digər terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu Borno ştatının paytaxtı Mayduquri şəhərində işə salıb.
Hücuma görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də, hadisənin “Boko Haram” terrorçu qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.
Qeyd edək ki, \”Boko Haram\” qruplaşması 2009-cü ildən indiyədək 20 000 mülki şəxsin ölümünə səbəb olub. “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.
İnterpress.az