Rusiyalı keçmiş deputat öldürüldübackend

Rusiyalı keçmiş deputat öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Andrey Krişenkonun sözlərinə görə, təxminən günorta saatlarında Kiyevin mərkəzində atışma baş verib:

\”Atışma \”Premyer-palas\” otelinin qarşısında baş verib. 1 nəfər ölüb, iki nəfər yaralı xəstəxanaya yerləşdirilib. Həlak olan şəxs rusiyalı siyasətçi, keçmiş deputat Denis Voronenkovdur.\”

Hazırda hüquq-mühafizə orqanları sifarişli qətl versiyası üzərində çalışır.

Xatırladaq ki, qətlə yetirilən deputat Denis Voronenkov 2016-cı ildə Ukraynaya immiqrasiya edib. Dekabr ayından etibarən Rusiya vətəndaşlığında imtian edərək Ukrayna vətəndaşlığı alıb. 2017-ci ilin fevral ayından etibarən Rusiyada federal axtarışdadır. Rusiya tərəfindən külli miqdarda fırıldaqçılıq maddəsi üzrə axtarışa verilib.
Bundan başqa, keçmiş deputat Ukrayna Baş Prokurorluğuna Viktor Yanukoviç əlehinə ifadə verib.

İnterpress.az