Ərdoğan:“Tutaq ki, prezident nəfsinə yenildi”backend

Ərdoğan:“Tutaq ki, prezident nəfsinə yenildi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Ərdoğan CHP lideri Kamal Kılıçdarolunun 16 aprel referendumu ilə bağı kampaniyalarda \”iqtidarı bir adamın əlinə vermək olmaz. Əgər iqtidar bir kişinin əində olarsa, ən geci 24 saat ərzində Türkiyəni ələ keçirə bilərlər\”, – deyə, apardığı təbliğata cavab verib

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan CHP liderinin bu açıqlamasını rədd edib:

\”Tutaq ki, prezident nəfsinə yenildi, yoldan çıxdı. Hər şeydən öncə onun yaxasından millət yapışar. Ortada suç varsa , iş uca divana gedər. Məclis növbədənkənar seçim tələb edər və bu kişiyə də \”sandıq\”da (seçki qurtusu) lazımı cavabı verər. Belə bir sistemdə kim tək adamlığa cürət edə bilər, axı?\”.

İnterpress.az