İnterpress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, N.Eminovun Bakı şəhər sakini Cavidan Bağırlı, Salyan rayon sakini Elxan Kərimov və Kürdəmir rayon sakini Rəvan Qasımovla birgə fevralın 13-də Hacıqabul rayonu ərazisində Kazım Tağıyevdən quldurluq yolu ilə 13050 manat pul, mobil telefon və tütün məmulatı almaları da müəyyən edilib.
Görülmüş tədbirlərlə C.Bağırlı, E.Kərimov və R.Qasımov tutulublar.
İnterpress.az