İnterpress.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, V. Niklyayev Brestdə qatardan endirilərək həbs edilib.
Qeyd edək ki, martın 17-də keçirilən etiraz aksiyasından sonra V.Niklyayeva qarşı kütləvi aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulmasına dair inzibati proses başladılıb. Martın 24-də Minsk şəhər məhkəməsi həmin proseslə bağlı iclas keçirməli idi.
Xatırladaq ki, bu gün Belarusda müxalifətin mitinqi nəzərdə tutulub. Hökümətin qadağasına baxmayaraq onlar nümayişi keçirmək niyyətindədir.
İnterpress.az