İnterpress.az xəbər verir ki, Yasamal rayonu ərazisində – \”20 Yanvar\” dairəsində \”Cherry\” markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.
Bildirilir ki, 30-35 yaşlı piyada qaçaraq yolu keçməyə çalışıb və bu zaman sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. Piyada hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İnterpress.az