Vəzərinin tərkibində 15 əsas vitamin və mineral maddə, yod, dəmir, kalsium,
foli turşusu və s. var. Vəzərini yazın əvvəlində – orqanizmdə vitaminlərin
azaldığı bir dövrdə, tər halda yemək daha faydalıdır.
Azərbaycanda vəzəri ən çox sevilən göyərtilərin onluğuna daxildir.
O, həm də bir çox dərdin dərmanıdır.
– Qalxanabənzər vəzinin qidalanması üçün lazım olan yodun ən yaxşı mənbələrindən biridir.
– Toksinlərin bədəndən çıxarılmasına yardım edir.
– İştahartırıcıdır.
– Sidikqovucu xassəsi vardır.
– Yaxşı bəlğəmgətiricidir.
– Həzmi yaxşılaşdırır.
– Qanı təmizləyir.
– Saçı və dərini sağlamlaşdırır.
– Tərkibində hüceyrələrin yaranmasına səbəb olan maddələr var.
– Tərkibində vitaminlər çox olduğuna görə sınqa xəstəliyinə qarşı işlədilir.
– Yarpaqlarından kosmetik məqsədlə – dərinin təmizlənməsində və sızanaqların müalicəsində də istifadə olunur.
– Hər gün vəzəri yemək göz xəstəliklərinin yaranması riskini azaldır.
– Yaxşı antioksidantdır.
– Hər gün vəzəri yemək qan hüceyrələrini zədələnmədən qoruyur.
– Xərçəng riskini azaldır.
İnterpress.az