• Ətin bişdiyini yoxlamaq üçün ona çəngəl batırmayın, çünki bu zaman dəliklər açılır, ətin suyu həmin dəliklərdən çıxır və o sərtləşir.
• Balıq qızardandan sonra mətbəxdə qalan qoxunuyox etmək üçün tavada bir qədər sirkə qaynadın, ya da limon qabıqlarını odun üzərində bir neçə dəqiqə saxlayın. Qablarda balıq iyinın qalmaması üçünonları yuduğunuz suya qəhvə dənələri əlavə edin.
• Pendirin kiflənməməsi üçün üzərinə kərə yağı çəkin.
• Tort, keks və qurabiyyə xəmirinin daha yaxşı qabarması üçün ona bir qədər limon suyu əlavə edin.
• Duzlu su tərəvəzləri daha yaxşı və daha tez təmizləyir.
• Hazırladığınız sousların üzərinə bir az zeytunyağı əlavə etməklə onalrı uzun müddət saxlaya bilərsiz.
• Sosisləri pörtlətməzdən və ya qızartmazdan əvvəlsoyuq südə batırsanız, onların qabığı partlamaz.
• Soğanın qaralmaması üçünqovurarkən üzərinə bir qədər un səpin.
• Soğan və sarımsaq qoxusunu yox etmək üçün əlləriniziqaynadılmış kartofla ovun.
• Kartof bişirərkən suyuna bir qədər sirkə töksəniz, həm rəngi sarı qalar, həm də daha ləzzətli olar.
İnterpress.az