İnterpress.az xəbər verir ki, bu barədə qazaxıstanlı jurnalist Erbol Kairov öz “Twitter” səhifəsində yazıb.
“Təyyarə təcili olaraq İrəvan hava limanına geri dönməli olub. Səbəb şassidə yaranan problemdir. Qazaxıstana təkrar uçuş çarter laynerinin dəyişməsini gözləyirik”, – deyə Kairov yazıb.
Qeyd edək ki, ötən gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən qarşılaşmada Ermənistan millisi Qazaxıstana 2-0 hesabı ilə qalib gəlib.
İnterpress.az