Bakıda Ermənistan məhsulları satanları hansı cəza gözləyir? – VIDEObackend

Bakıda Ermənistan məhsulları satanları hansı cəza gözləyir? – VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mağazanın səlahiyyətliləri hər nə qədər xəbəri təkzib etməyə, sözügedən malların əslində Banqladeşdə istehsal olunduğunu sübut etməyə çalışsa da, çəkilmiş fotolar fakt olaraq ortadadır.

Münaqişə halında olan ölkənin istehsalı olan malın Azərbaycanda satışına görə hüquqi məsuliyyət varmı?

İnterpress.az xəbər verir ki, Modern.az-ın məsələ ilə bağlı sualını hüquqşünas Əliməmməd Nuriyev cavablandırıb.

O deyib ki, Azərbaycan və Ermənistan arasında münaqişə yaranan gündən bu günədək iqtisadi əlaqələr yoxdur:

\”Nəinki dövlətlərarası, heç müəssisələr arasında da iqtisadi əlaqələrin olması barədə müqavilələr yoxdur. Ölkəmizdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər Ermənistanda fəaliyyət göstərən şəxslərlə hər hansı iqtisadi əlaqədə deyil.
\”MADE İN ARMENİA” etiketli malın Azərbaycanda satışı varsa belə, onun ölkəmizə necə gəlməsilə bağlı çoxsaylı suallar meydana çıxır. Eyni zamanda dövlətimiz bəyan edib ki, münaqişə həll olunmayana, Ermənistanın Azərbaycana olan təcavüzü aradan qaldırılmayana qədər iki ölkə arasında iqtisadi, siyasi əlaqələrdən söhbət gedə bilməz”.

Ə.Nuriyev bu hala görə aidiyyatı orqanların məsuliyyət daşıdığını bildirib: \”Düşünürəm ki, bizim gömrük və sərhəd xidmətinin əməkdaşları bu cür malların Azərbaycana daxil olmasına imkan verməz. Əgər belə hal qeydə alınıbsa, bu yalnız qaçaqmal yolu ilə gətirilib. Və mütləq şəkildə İqtisadiyyat Nazirliyinin müvafiq strukturları, gömrük orqanları, sərhəd xidməti tərəfindən araşdırılmalıdır. Bu malların Azərbayana rəsmi şəkildə gəlməsi qeyri-mümkündür. O zaman belə nəticə hasil olur ki, bu mallar ölkəmizə qaçaqmal yolu ilə gətirilib. Bunu ölkəyə gətirən şəxslər də, buna şərait yaradan qurumlar da mütləq cəzalandırılmalıdır”.

Bakıda Ermənistan məhsulları satanları hansı cəza gözləyir? - VIDEO

Bakıda Ermənistan məhsulları satanları hansı cəza gözləyir? - VIDEO

Bakıda Ermənistan məhsulları satanları hansı cəza gözləyir? - VIDEO

İnterpress.az