Körpələrinə Allah adını vermək istədilər…backend

Körpələrinə Allah adını vermək istədilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Bilal Valk və Elizabet Handy 22 ay əvvəl doğulan qız körpələri Zalyxa Qraseful Lorraina Allah soyadını vermək istəyib.
Sağlamlıq Cəmiyyəti isə körpənin ana, ya da atasının soyadlarından birini, və ya iki soyadın birdən verilməsinin qanunauyğun olduğunu bildiriblər.

Elizabet Handy və Bilal Valk isə körpənin rəsmi olaraq soyadsız qaldığını deyərək qərara etriaz ediblər.

Amerikan Vətəndaş Azadlıqlar Birliyi (ACLU) ailə adından əyalət rəhbərliyinə iddia açıb.

Bilal Atlanta Journal-Constitutiona etdiyi açıqlamada uca olduğu üçün körpələrinə Allah soyadını vermək istədiklərini qeyd edib və Bu, ədalətli deyil, haqqımız tapdalandı deyib.

Ancaq əyalət vəkilləri qanunun dəqiq olduğunu və doğum qeydləri üçün körpələrin valideynlərinin soyadlarını daşımasının zəruri olduğunu qeyd ediblər.

İddiaya görə, rəsmi nikahı olmayan cütlüyün Masterful Mosirah Aly Allah adlı bir oğulları var.

İnterpress.az