İnterpress.az-ın məlumatına görə, Çankaya köşkündə media nümayəndələri ilə bir araya gələn Binəli Yıldırım ölkəsinin Rusiya ilə əlaqələrini inkişaf etdirmək niyyətində olduğunu bildirib. Baş nazir bununla yanaşı Rusiyanın PYD/YPG-yə dəstək verməsinə qarşı olduqlarını da qeyd edib.
“Bizim terrorçu kimi gördüyümüz qrupları açıq aydın dəstəkləyən ölkə hansı olursa olsun, aman nə olacaq deyəcək halımız yoxdur . Bizim mübarizəmiz illərdən bəridir. Rusiya səhv edir” deyə Yıldırım bildirib.
İnterpress.az