İnterpress.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Türkiyədə ölüm hökmünün bərpa edilməsi məsələsi ölkədə ötən ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra gündəmə gəlib.
“Ölüm hökmünün bərmasına dair müraciət parlamentə aprelin 16-dan sonra göndəriləcək. Müxəlifət partiyalarının liderləri Kemal Kılıçdaroğlu və Dövlət Bahçəli bu layihəni dəstəkləməyə söz veriblər. Əgər parlament qanun layihəsini qəbul etsə, mən bu qərarı dəstəkləyəcəm”, – Ərdoğan deyib.
İnterpress.az