Polkovnik Aleksandr Xaraberyuşun avtomobili partladıldıbackend

Polkovnik Aleksandr Xaraberyuşun avtomobili partladıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Təklükəsizlik xidmətinin saytı yayıb.

Milli Polisin Donetsk vilayəti üzrə İdarəsinin mətbuat xidmətində hadisəni şərh ediblər:

“Hadisə Mariupol şəhərinin Mərkəzi rayonunda, yerli vaxtla saat 08:35-də “Maksim” kafe-barının yaxınlığında baş verib. Partladılan avtomobilin “Toyota-Prado” markalı olduğu bildirilir. Fakt üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb. Hadisəni Donetsk separatçılarının kəşfiyyat-diversiya qrupunun törətdiyi ehtimal olunur.”

“Ukrayna Təhlükəsizlik Xidməti günahkarları tapıb, cəzalandırmaq üçün hər şeyi edəcək. Biz borcumuzu çox tez qaytarırıq”, – UTX-in rəhbəri Vasili Qritsak bildirib.

İnterpress.az