Külək bu saatdan sonra fəsadlar törədə bilərbackend

Külək bu saatdan sonra fəsadlar törədə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Külək paytaxt və rayonlarda daha hansı fəsadlar yarada bilər, aidiyyəti qurumlar hər an müdaxilə etməyə hazırdırmı?

İnterpress.az xəbər verir ki, BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov nazirliyin ölkədə müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş rejiminə keçdiyini bildirib.

O hava şəraiti ilə bağlı olaraq yarana biləcək hər hansı hadisənin və digər problemlərin qarşısının alınması üçün nazirliyin hazır vəziyyətdə olduğunu qeyd edib: \”Nazirliyin xüsusilə də xilasetmə xidməti, kiçik həcmli gəmilər, yanğın mühafizə xidmətinin əməkdaşları və onların gəmiləri ilə birgə digər bütün qurumları hazır vəziyyətdədir. Qurumların hamısı külək və fırtınanın paytaxt və rayonlarda törətdiyi fəsadlarla bağlı bütün müraciətləri 112 xidmətindən qəbul edir. Amma indiyə kimi Böhran Vəziyyətləri İdarəetmə Mərkəzinə heç bir ciddi fəsad barəsində məlumat daxil olmayıb”.

Oqtay Bayramov qeyd edib ki, bundan sonra müraciətlərin olması mümkündür: \”Müraciət olan kimi biz operativ şəkildə reaksiya verəcəyik. Bu, istər dənizdə, istər başqa ərazilərdə, rayonlarda olsun. Nəticələrin aradan qaldırılması üçün təcili tədbirlər görülür”.

Qeyd edək ki, dünən axşamdan ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunur. Güclü külək əsir. Xəzərdə sürəti saniyədə 38 metrə çatan güclü külək olacağı gözlənilir.

İnterpress.az