İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, Çexiyanın İsveçrə və Lixteşteyndəki səfiri Karel Boruvkanın geri çağırılmasının heç bir rəsmi səbəbi açıqlanmır. Amma səfir özü həyat yoldaşına görə Çexiya XİN tərəfindən cəzalandırıldığını bəyan edib:
“ XİN məni həyat yoldaşımın sosial şəbəkələrdə çox fəal olmasına görə cəzalandırır. Buna çox təəccüblənirəm. Çexiya diplomatiya tarixində belə halın rast gəlinməsini xatırlamıram. Burda söhbət ölkənin XİN əməkdaşı olmayan həyat yoldaşımın hüquqlarının pozulmasından gedir.”
Qeyd edək ki, Boruvkanın həyat yoldaşı mütəmadi olaraq sosial şəbəkələrdə çexiyalı siyasətçiləri kəskin tənqid edir.
İnterpress.az