Xocalı Soyqırımdan Avropa Məhkəməsinə şikayət edən ilk türk vətəndaş – İsa Ambarçıbackend

Xocalı Soyqırımdan Avropa Məhkəməsinə şikayət edən ilk türk vətəndaş – İsa Ambarçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha sonra TC-də nəşr edilən \”Simgə\” jurnalının baş yazarı Şərafəddin Şifkin bəy İsa Ambarcının Facebook səhifəsini və toplumda bir şəkilini mənə göndərdi və mən Azərbaycanı sevən bu insanın Facebook səhifəsini ziyarət etdikdə çox həyəcanlandım. Bizə və bütün dünyaya Azərbaycan sevgisi və sayğısını mənalı mevzularla ifadə edən İsa Ambarcı ilə elə FB ictimai şəbəkəsi üzərindən yazışıb ona Azərbaycanın Ulu öndəri rəhmətlik Heydər Əliyevin izmire bir neçə dəfə, xüsusi olaraq İzmir şəhərindəki \”Doqquz Eylül\” (1997) və Egey Universitetlərinin fəxri doktoru (1998 ) seçilərkən söyləmiş olduğu çıxışları və həmin yığıncaqların rəsmləri ilə maraqlandığımı bildirdim.

Bu minvalla İsa Ambarçının şəxsiyyəti və Azərbaycana bağlı əməyi keçən işləri ilə tanışlığım başladı.

Əlbəttə ilk istəyimi izah edən kimi İsa bəy qısa zaman istədi, ancaq qısa dediyi zaman gözlədiyimden daha tez yetdi. Beləcə İsa bəy Abmarçı mənə Azərbaycan xalqının Ulu Öndəri H.Əliyev Dokuz Eylul Universiteti də verilən Fəxri Doktorluq mərasimindəki fotoları göndərdi və yavaş-yavaş bizim xalqa qarşı həqiqi dərin hörmət və sevgisini ifadə etdi.

İndi mən Türkiyənin Iğdır şəhərində doğulan İsa Ambarcı deyəndə ilk fikrimə gələn budur ki, bu Oğuz Türkü, Has Türk övladı ömrünü Türk millətinə həsr etmiş Atatürkü , Məmmədəmin Rəsulzadəni, bir millət – iki dövlət deyən Heydər Əliyevi, Alpaslan Türkeşi, Əbülfəz Elçibəyi, Rauf Denktaşı, Qərb Trakya lideri Dr Ahmet\’ti, Kırımın Kahraman lideri Mustafa Cemiloğlunu, Cəfər Duduyevi özünə nümunə götürən Atatürk və Məmmədəmin Rəsulzadə xaricində ki liderlərin hər birilə görüşən əsl Türk Milliyetçisidir.

Xocalı Soyqırımdan Avropa Məhkəməsinə şikayət edən ilk türk vətəndaş - İsa Ambarçı

Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir – Böyük Atatürk nəsihətinə sadiq İsa AMBARCIAzərbaycan xalqının Ulu Öndər Heydər Əliyevi Türk dünyası üçün bir dəyər hesab edən İsa Ambarcı Ulu Öndər kəlamı “Bir Millət İki Dövlət” sözünü şəxsən məni ifadələnmə baxımından ilk dəfə rastlaşdığım üçün düşündürən tərzdə fərəh hissi həm də xüsusi vurğu ilə “Bir Millətin İki Dövləti” kimi tələffüz edir və bildirir ki, \”bütün türk millətləri içində məşhur olan\” Bir Millətin İki Dövlət sözü \” Heydər Əliyevin nə qədər güclü bir lider olduğunun işarəsidir. Heydər Əliyev Güclü liderliyi ilə Azərbaycana milli güc qazandırmışdır. Böyük Liderin Müstəqil və güclü Azərbaycan sevdası bizlərə də işıq olmuşdur \”.

İsa Ambarcı gənclik illərindən bu günə qədər dini inancı İslama bağlı olmaqla bərabər Türk milliyyətçisi olaraq həyatını davam etdirmişdir.O, 1980 illər əvvəli Universitetdə oxuyarkən siyasi təzyiqlər və təsirlre görə Ali tahsilini yarımçıq qoymuşdur. 2012-ci ilə kimi, yəni “Azərbaycan türkləri və Dost Dərnekleri Federasiyası” başçısı seçilənə kimi Azərbaycan da daxil olmaqla bir çox Türk Respublikalarında yaşamışdır. Evli və universitetlerdə oxuyan 2 qız atası İsa Ambarcı şəxsi bir şirkətdə də idarəçi olaraq çalışır, həyatını dəyərli, faydalı işlərlə mənalandırır.

Türkiyə Cümhuriyyətinin Azərbaycanın paytaxtı Bakı şəhəri ilə hələ Sovetlər dövründə Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin Türkiyə sevgisindən qaynaklanaraq (Baknın mərkəzi hissələrindən birində İzmir Parkı da vardır) dostlaşmış İzmir şəhərində yaşayan və 2011-ci ildə Azərbaycandan, Rusiyadan, Amerikadan, Kanadadan Avropanın bir çox ölkələrindən, Cənubi Azərbaycandan və Türkiyənin bir çox elindən seçilmiş Türk dünyası və HOCALI sevdalılarının seçib göndərdiyi 600 nümayəndənin istəyi və razılığı ilə qurulmuş “Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyası”nın qurulmasından 6 ay sonra ümumi Prezident vəzifəsinə başlamış və bu günə kimi işi başında olan İsa Ambarcı öz güvənli ətrafı ilə və əlbəttə ki, böyük zəhmətlər bahasına bu Federasiyanı bugünki sivil, monolit təşkilatı halına gətirmişdir.

Xocalı Soyqırımdan Avropa Məhkəməsinə şikayət edən ilk türk vətəndaş - İsa Ambarçı

Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir – Böyük Atatürk nəsihətinə sadiq İsa AMBARCILakin üreyi Azərbaycan sevgisi ilə dolu, acısı Azərbaycanın işğal altında olan Qarabağ torpaqları dərdi olan İsa Ambarcı \”Federasyonumuzun Türkiyə daxilində 9 dernekle qurduq Avropa da və Türkiyə dede başı Təşkilatlar və Federasyonlarla da birlikdə hərəkət edirik. Birlik içində olduğumuz təşkilatlarla tək bir şartımız vardır o da Türk olmaları və Xocalı üçün Ədalət etmələridir. Böyük Öndər Atatürkün dediyi kimi \”Azərbaycanın kədəri kədərimiz, Sevinci Neşemizdir\” anlayışı içində çalışmaqdır. Ümumi Başçı olaraq vəzifəsi HOCALI Azad olana qədər yürütmekteyiz, işlərimiz onun üzərinə olacaq \”-deyir.

Əlbəttə Sözdə çox qəhrəmanlar olub, var, olacaqdır da. İsa bəy Ambarcı isə Sözlərini əməli ilə təsdiq edən adamlardandır.

Bəli! İsa bəy o sözü-əməli bir adamlardandır ki, vəzifəsini verdiyi huquqdan çıxış edərək bir gün Xocalı harayı ilə Avropa İnsan Haqqları Məhkəməsinə üz tutub.

Türkəm, Azərbaycan uzaqdadır, düşünmədən, Xocalını görməmişəm, heç demədən, Şəhidləri, şahidləri tanımıram heç, söyləmədən qələmini əlinə alıb bəzən əsəbi, bəzən küskün, bəzən hüznlü-məlul, bəzən də sərt məntiqlə Şikayətini yazıb. Diqqət edin, bir adam 80 milyonun içərisindən tək bir adam -İSA Ambarcı içindən ucalan qan kisasının hayqırtısını dünyaya yayıb. Aşağıdakı cümlələr İsa Ambarcı ad-soyadlı türk qardaşımızın bizim sağalmaz yaramız Xocalı soyqırımı ilə bağlı Avropa İnsan Haqqları Məhkəməsinə Şikayet məktubundandır:

\”1- Aşağıda da ifadə edildiyi üzrə, 1992-ci ilin Fevral (2. Ay) ayının 25-dən 26-na keçən gecə, Rusiyanın 366-cı Motorize Alayına aid zirehli vasitələrin və hərbi personalın dəstəyi ilə, Ermənistan Silahlı Qüvvələri, Azərbaycanın Xocalı şəhərini işğal edərək, şəhərdə yaşayan Azərbaycan xalqına (Azərbaycan Türkləri) qarşı, uşaq-yaşlı, qadın-kişi fərqi qoymadan qorxunc bir bir soyqırım aktı həyata keçirmişdir.

2- Bütün Dünyanın və Beynəlxalq Mədəni Toplumun gözü qarşısında həyata keçirilən bu qəddarlığa və soyqırıma qarşı təəssüf ki, beynəlxalq ictimaiyyət və Mədəni Cəmiyyət tərəfindən heç bir reaksiya göstərilməmişdir. Şikayətə Əlavədə təqdim edilmiş olan kitab, broşür, sənəd və CD-lərdə yer alan fotoşəkil və görüntülər, reallaşdırılan barbarlığın və soyqırımın ölçülərini bütün çılpaqlığıyla ortaya qoyacağına tam olaraq inanmaktayız. O gecə Xocalıda soyqırıma tabe tutularaq barbarcasına öldürülən insan sayı, uşaq,

yaşlı, qadın və kişi olaraq ümumi 611 nəfərdir. Rus Hərbi Birliyi dəstəyilə Ermənistan Silahlı Qüvvələri, 611 Azərbaycan türkünü barbar öldürməklə qalmamış, eyni zamanda şəhəri yandıraraq, orada yaşayan digər sakinləri də vətənlərini -geleneksel taktikaları doğrultusunda- tərk etməyə məcbur etmişdir.

3- Aşağıda ( \”…\”) işarəsi arasında iştirak edən qısa mətn, bu soyqırım zamanı Ermənistan Silahlı qüvvətlərin həyata keçirilən əməliyyatları və baş verənləri izləmək üzrə vəzifəli Erməni jurnalist David Khairiyan tərəfindən yazılmış olan \”Xaçın xatirinə\” adlı kitabdan götürülmüşdür:

\”O gecə öldürülən bütün azərbaycanlıların ölülərini bir kamyona dolduraraq gətirib yandırmaq üzrə bir yerə yığdılar. Maşından ölüləri aşağı ataraq istifleyen Theryan adlı bir erməni milis, 6-7 yaşlarında bir Azeri qız uşağını yük maşınıda aldı və ayaqlarından tutaraq ölü yığınının üzərinə atdı. Sonra cəsəd yığınının üzərinə benzini tökərək hamısını yandırdılar. Mənə sanki bir yerə yığılmış cəsədlərin arasından, bir uşaq qışqırığı eşitdim kimi gəldi. Daha sonra da müzəffər olaraq oradan ayrıldılar. Xaçın xətri üçün … \”

İsa bəy Ambarcının Avropa İnsan Hakklar Məhkəməsinə Şikayəti bir tarix kitabını xatırladır. Həm də türk soyqırımı tarix kitabını.O Türk soykırımıı bəlirtərək belə yazır:

\”4- Yuxarıdakı qısa trajedik kesit, yaşanan yüzlərlə bənzər hadisələrdən yalnız biridir. Bu gün hələ də Erməni soyqırımından qaçaraq Azərbaycanda immiqrant (kaçkın) olaraq yaşamaqda olan on minlərlə insan mövcuddur. Bu insanlar iyirmi beş ildir ki, qatar vaqonlarında yaşamağa məcburdurlar və ümidlə Beynəlxalq sülh danışıqlarının nəticəsini gözləyirlər. Vaqonlarda doğulub bu gün 25 yaşına basmış minlərlə Azərbaycan Türk gənci, gələcəyini bir gün əlinə alacağı anı gözləyir. Bu hadisənin bir insanlıq dramı olduğuna şübhə yoxdur. Həyata keçirilən tədbirlər, Ermənistan dövlətinin şüurlu, planlı və nəzərdə tutaraq tətbiq etdiyi bir \”Genocide\” (soyqırım) planıdır və barbar formasıyla hərəkət olaraq həyata keçirilmişdir.

5-Yuxarıda da ifadə edildiyi üzrə, gərək Şikayətə əlavədə təqdim edilmiş olan kitab, broşür, fotoşəkil, CD və 1.000.000.- (Bir milyon) adamın imzasının daxil olduğu imza siyahısından, bu mövzuda yazılmış bütün kitab və hesabatlardan, müxtəlif milli mətbuat orqanlarında çıxmış olan xəbər və yazılardan, Ermənistan dövlətinin planlı, qərarlı və ehtiyatlı şəkildə hədəf güdərək tətbiq etdiyi və silahlı qüvvələrin əliylə həyata keçirdiyi bir soyqırım (genocide) günahı işlədiyi aydın görünür \”.

Əlbəttə baxmayaraq ki, bu vəhşətdən danışdıqca-danışılası, rəvayətlər, romanlar yazılası çox tarixi arxiv sənədləri mövcuddur və tarix yazılır… Ancaq yenə Xocalı Milli soyqırımı yaşam həqiqətləri ilə sanki tam dolğunluğu ilə hələ də təsvir olunmamışdır. Çünki Xocalı bir vəhşət hayqıran nağıldı! Xocalı sağalmayan, qanı köz tutmayan bir yaradır! Xocalı hüquqsuzluğun bir şəklidir. Nəhayət Xocalı Beynəlxalq cinayət olaraq qəbul edilsə də 25 il ərzində günahkarları cəzasız qalmış bir Türk Soyqrımı tarixidir!

Xocalı Soyqırımdan Avropa Məhkəməsinə şikayət edən ilk türk vətəndaş - İsa Ambarçı

İsa bəy Ambarcı Avropa İnsan Haqqları Məhkəməsinə bu Şikayəti özü imzalayaraq 2015-ci ildə “Azərbaycan Türkləri və DOST Dərnəkləri Federasiyası” adından göndərilməklə həm böyük Atatürkün

“Azərbaycanın kədəri kədərimiz, Sevinci nəşəmizdir” vəsiyyətinə sadiqliyini həm də Azərbaycanın Ulu Öndəri H.Əliyevin “ Bir millət – iki dövlət” olaraq tanıyıq tanıtdığı Türkiyə və Azərbaycan qardaşlığının təntənəsini əyani surətdə, sözdə deyil, əməldə təsdiqləmişdir.

Əfsuslar ki, dünya bu vəhşətin suçlularına cəza kəsmir. 25 il seqmentində hayla Xocalı soyqırımını törədənlər layiqli cəzalarını almamışlar.

Baxmayaraq ki, BMT-nin Baş Assambleyası tərəfindən 260 A (III) saylı qərarı ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli \”Soyqırım günahının qarşısının alınması və ona görə cəzalar\” Konvensiyası; Nürnberq Hərbi Məhkəmə Nizamnaməsinin; Beynəlxalq Cinayət Məhkəməsi Yuqoslaviya üzərinə Nizamnaməsi (madde4); Beynəlxalq Cinayət Məhkəməsi Ruanda üzərinə Xartiyası (maddə 1); Beynəlxalq Cinayət Məhkəməsinin statusunu (maddə 6); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (maddə 103); Azərbaycan Respublikası Prezidentinin \”Azərbaycanlıların soyqırımı haqqında\” 26 Mart 1998-ci il tarixli Fərmanı o məşum gecənin Soyqırım mahiyyətini daha açıq və dolğun ifadə edir.

Azərbaycan Milli Elmlər Akademiyası (keçmiş İnsan Haqqları) Hüquq İnstitutu Mütəxəssis Şurası tərəfindən qəbul edilmiş \”Xocalı faciəsi beynəlxalq cinayət olaraq – Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı məqsədli siyasətinin bir parçasıdır\” adlı sənədin mövcudluğu və bu sənədin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurası Parlament Məclisi, Avropa Şurasının İnsan hüquqları rəhbərliyi, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqları Bürosu kimi beynəlxalq təşkilatlara, insan hüquqları üçün milli və beynəlxalq təşkilatlara, həmçinin Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrin parlamentolarına göndərilməsi Xocalı hadisəsinin müasiri olduğumuz XX əsrin bir millətin, bir dinin, bir dilin vətəndaş cəmiyyətinə qarşı digər bir millət, din, dil qrupunun işlədiyi ən qorxunc soyqırımın olduğunu təsdiq edir.

Artıq Kanada, Meksika, Peru, Pakistan, Serbiya, Bosniya və Herseqovina, Rumınya, Çexya, İordanya, Sudan, Panama və Honduras parlamentariləri, ABŞ-in 20-dən çox ştatının qanunverici orqanları, habelə İslam Eməkdaşlıq Təşkilatı lap bu günlərdə Şotlandiya və İndiada Xocalıda soyqırımı faktını tanımışlar. 2009-cu ildən başlayaraq H.Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva \”Xocalıya ədalət\” kampaniyası təşəbbüsü ilə çıxış edib və artıq 700 mindən çox imza toplanıb. \”Hocalıya ədalət\” kampaniyasını dünyanın 115 təşkilat və 120 mindən çox adam dəstəkləyir. L.Əliyevanın \”Xocalıya ədalət\” kampaniyası ən yüksək milli təşkilatlara, o cümlədən BMT-e və Haaka Milli Məhkəməsinə petisiyalar təşkil edir. Təşkilatın səsi dünyanın mühüm konfrans və forumlarda duyulur. Avropada -hollandiyada, Almaniyda, Meksikada, Bosniyanın paytaxtı Sarayevoda Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıpdır. Bu dəhşətli faciə haqqında filmlər çəkilib, kitablar çap edilib. \”Sonsuz dəhliz\” və \”Xocalı\” belə filimlerdendir. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində Xocalıya həsr olunmuş konfrans, sərgi və seminarlar keçirilir.

Bakıda Şəhidlik kimi ovunmayan BU dərdə ortaq Xocalı Abidə vardır. Xocalı Şəhidlərimizin ruhuna ucaldılmış bu Abidəni hər il minlərlə vətəndaşımız ziyarət edirlər.

Bunu da ifadə edək ki, Xocalı soyqırımı qurbanlarına \”Bir millət iki dövlət\” qardaş Türkiyədə – Ankarada, İzmirdə, Dənizlidə, İzmitdə və həmçinin dünyanın müxtəlif ölkələrində Avropada Hollandiyada, Almaniyada, Bosniya və Hersoqovinada, Meksikada Abidələr qoyulmaqla xatirələri yad edilir.

Bu il Türk soyqırımının bir qolu- Azərbaycanın Xocalı faciəsi günlərində İsa bəy Ambarcı heç elə düşmürdü. Arabir qısa söhbətlərdə məşğul olmaqdan da çox yaslı olduğuğu hiss olunurdu.

Onu tanıyanlar anlayırdı 25 illik ağrısının acıdan günləri idi. Bir tərəfdən Avropa İnsan Haqqları Məhkəməsinə Şikayətinin cavabsızlığının narazılığını daşıyan İsa bəyin bir tərəfdən də ürəyi doğma yurdu İzmirdə Xocalı şəhidlərinin ruhuna sənətçi – heykeltaraş Nesrin Özdəmirin yaratmış olduğu layiqli bir Abidə-Abidənin açılışında sanılı günlərin qalması ilə bağlı sevinclə dolmuşdu.

Bir gözü faciəmizə yaşlı İsa bəy, beləcə bu Türk soyqırımının abidəsinin açılışına sevinirdi, gülürdü və nəhayət 25-26 fevral 2017-cı il, saat 11 Azərbaycandan gəlmiş millət vəkilləri, Azərbaycanın Türkiyə Cümhuriyyətindeki Konsulluğunun əməkdaşları və yüzlərlə insan “Azərbaycan Türkləri və DOST Dərnəkləri Federasiyası” ümum sədri İsa bəy Ambarcının gərgin fəaliyyətinin, maddi və mənəvi səylərinin, cəhdlərinin canlı nəticəsi möhtəşəm Xocalı abidəsini açdılar.

Çıxışlar arasında İsa bəy Ambarcının bu fikirləri isə onun Azərbaycana bağlı sonsuz sevgisinin, hörmətinin Xocalı Türk soyqırımında qərarlaşan məramından xəbər verir:

\”Xocalı da baş vermiş Türk Soyqırımına səssiz qalmamaq adına “Azərbaycan Türkləri və DOST Dərnəkləri Federasiyası” 2013 -2014 -və 2015 illərində Türkiyə Böyük Millət Məclisində Soyqırımın qəbulu üçün 3 siyasi partiya ilə danışıqlar icra etdi daha sonra məsələni Avropa İnsan Haqqları Məhkəməsinə daşıdıq və Türkiyə də belediyelerle mövzunu ictimaiyyətə çatdırmağa qərar verərək işlərə başladıq İzmir də İki bələdiyyədən HOCALI Anıtı və abidəsi açıldı indi daha çox yerdə açmaq və bələdiyyə Məclislərində 26 fevral Xocalı soyqırımı günü olaraq qəbul etdirməyə çalışacağıq \”.

İsa bəy haqlı olaraq da belə düşünür ki, \”1990-cı il 20 Yanvar faciəsi müəllimlik başlanğıcı idi.20 Yanvar Yaxın tariximizdə Azərbaycan və digər Türk dövlətləri Müstəqillik Atəşinin yandırıldığı bir gecədir. O gün verilən şəhidlər bir dəfə daha öz qanları ilə sübut etmişlər ki Türk Esereti qəbul etməz buda Müstəqil və güclü bir Azərbaycan yaratmaq adına bir başlanğıc olmuşdur. Şəhidlərimizin məkanı cənnət olsun \”.

Türk Cümhriyyətinin əfsanəvi qurucusu M.K.Atatürkün “Azerbaycanın kədəri kədərimiz Sevinci Neşemizdir \”-kelamını özü üçün bir ulu nəsihət bilən və bu nəsihət-vəsiyyətə sadiq İsa bəy Ambarcı Azərbaycanın kədərinə şərik olmağı bacardığı kimi sevincinə də sevinmekle rahat nəfəs alır. Onun Azərbaycanın ən müqəddəs Milli Bayramı Novruz Bayramından həvəslə, sonsuz sevgi ilə danışar: \”Novruz bayramı, Türk Milli Kültürü\’nde baharın müjdəçisi, gecə ilə gündüz bərabər olduğu və təbiətin ən ədalətli günü olaraq qəbul edilir. Türklərin yaşadığı ən uzaq bölgələrdə belə 21 Mart, Novruz Bayramı olaraq müxtəlif yerli fəaliyyətlərlə qeyd olunur. Təbiət ilə iç-içə, qucaq-qucağa yaşayan, torpağı \”ana\” olaraq vasıflandıran Türk Düşüncə sistemində \”Baharın gəlişi\” əlbəttə əhəmiyyətli bir yerə sahib olacaqdı. Ayrıca Türk birliklərində Novruz ənənəsi məşhurdur. Türklər, Novruzu \”Novruz-ı Sultani\”, Sultan Novruz \”və ya Orta Asiya Türk birliklərində görüldüyü üzrə\” Sultan Navrız \”olaraq qeyd edirlər. Türklərdə Novruz əlaqədar görülən rəvayətlərin ən əhəmiyyətlisi bu günün bir qurtuluş günü olaraq qəbul edilməsidir.Bu baxımdan bu gün Ergenekon və ya Bozkurt bayramı olaraq qəbul edilməkdədir \”.

Əziz oxucu, bir Azərbaycanlı yazar olaraq mənə bu məqamda bir söz qalır söyləməli, belə ki, İsa Ambarcı kimi \”Azərbaycanın kədəri kədərimiz Sevinci Neşemizdir\” – Böyük Atatürk nəsihətinə sadiq, Azərbaycanı sevən, onun tərəqqisini arzulayan, təəssübünü çəkən və bu sevgisini əməli fəaliyyəti ilə sübut edən Türk qardaşlarımızı tanımalı və dəyərləndirməliyik. Bununla bərabər qardaşlığımızın qiymətini bilməliyik. Bir də unutmamalıyıq, deyim var: Türkün Türkdən başqa dostu yoxdur \”.

Xatirə Quliyeva
Fəlsəfə Elmləri Doktoru

İnterpress.az