“Bu həqiqətən də belədir. Onların hər ikisi milli maraqların prioritet olmasında maraqlıdır. Onlar yaxşı anlayırlar ki, tərəfdaşlarla yaxşı əlaqələri saxlamaq onların milli maraqlarındadır”, – deyə Peskov “ABC” telekanalına müsahibəsində bildirib.
Peskovun sözlərinə görə, Rusiya yeni ABŞ administrasiyasının yanaşmalarını anlamaq üçün olduqca səbirlidir: “Biz yaxşı anlayırıq ki, onlara – yeni administrasiyaya Rusiya ətrafında ideyalarını daha aydın formalaşdırmaq üçün zaman lazımdır”.
Mətbuat katibi qeyd edib ki, ABŞ-la aşağı səviyyəli əlaqələr Rusiya üçün “təhlükə yardır”. Peskov əlaqələrin yaxşılaşacağına ümid etdiyini bildirib.
İnterpress.az