“Əsədə qarşı münasibətim kəskin dəyişib” – Trampbackend

“Əsədə qarşı münasibətim kəskin dəyişib” – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Dünən uşaqlara edilən hücum məni çox sarsıtdı. Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”, – deyə D.Tramp bildirib.

O qeyd edib ki, kimyəvi silahdan istifadə hallarına əvvəllər də təsadüf edildiyini nəzərə alaraq, Suriyada münaqişə yeni səviyyəyə keçir. “Dünən baş verənlər qəbuledilməzdir”, – deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, ötən gün Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 80 nəfərin öldüyü və 200 nəfərin yaralandığı bildirilir.

İnterpress.az