Mərkəzdən AzNews.az-a verilən məlumata görə, Sevinc Hüseynova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib:
“Vəziyyəti çox ağırdır. Xəstə 2-3-cü dərəcəli alov yanığı diaqnozu ilə xəstəxanaya gətirilib.”
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov isə Sevinc Hüseynovanın vəziyyətinin yaxşı olduğunu qeyd edib:
“Biz yanıq xəstələrini burada saxlamırıq. Bədən səthinin 50 %-i yanıq idi. Onu burada saxlamaq olmazdı. Vəziyyətinə görə onu Bakıya Yanıq Mərkəzinə aparıldı.”
Şəmkirdə 38 yaşlı Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb.
İnterpress.az