Sabunçu rayon Məhkəməsində keçirilən prosesdən sonra jurnalistlərə açıqlama verən vəkil Azər Tağıyev deyib ki, iclasda şahid qismində keçmiş MTN əməkdaşı Rüfət Abdullayev dindirilib. Zərərçəkmiş İlham İbrahimov və Elçin Kərimovun saxlanılmasında iştirak etmiş R. Abdullayev deyib ki, əməliyyat zamanı heç kimə zor tətbiq olunmayıb. Vəkil Azər Tağıyev bildirib ki, istintaq materiallarında həmin əməliyyat zamanı təqsirləndirilən Füzuli Əliyevdə silah olması barədə məlumat var. Həmin məsələyə münasibət bildirən R. Abdullayev isə bunun doğru olmadığını deyib.
Daha sonra iclasda zərərçəkmiş şəxs qismində \”La Parfumery\” mağazasının rəhbərlərindən olan Arif Vəliyev ifadə verib. A. Vəliyev bildirib ki, 2015-ci ilin mart ayında MTN-ə çağırılıb. Daha sonra MTN əməkdaşlarına 5 ədəd səbət göndərib. Həmin səbətlərin maya dəyəri 1000 manat, satış qiyməti 4000 min manat olub. O, həmin səbətləri öz istəyi ilə verdiyini, kiminsə ona təzyiq etmədiyini deyib.
Proses aprelin 11-də davam edəcək.
İnterpress.az