Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsinin sədri Mirvari Qəhrəmanlı bildirib. O, qeyd edib ki, aprelin 6-da dənizdən tapılan meyit Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən Zülfüqarov Azaya məxsusdur .
Dekabrın 15-də \”Azneft\” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadası dənizə düşüb. Hadisə zamanı Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış köşkündə olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaş itkin düşüb.
İnterpress.az