Bakıda yaşayış binası yanıb.
APA-nın məlumatına görə, Bakıda yaşayış binasında baş vermiş yanğının qarşısı alınıb. APA xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğında iki qardaş ölüb. Onların kimliyi dəqiqləşdirilir.
Araşdırma aparılır.
***
İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
İnterpress.azhttps://youtube.com/watch?v=4oCi7AZijZM