\”Məhkəmə Çelikin Rusiya pilotu Peşkovun ölümü ilə əlaqəsini nəzərdən keçirməyib. Bununla bağlı istintaq hələ davam edir\”, Alparslan Çelikin vəkili Murat Üstündağ RİA xəbər agentliyinə müsahibəsində deyib.
Çelik və digər 18 nəfər qanunsuz silah daşımaqla ittiham olunurlar.
Onlar keçən il martın 31-i bir restoranda saxlanılıblar və onların üzərində bir avtomat və iki qülləli tapança aşkar edildiyi bildirilir.
Rusiya mətbuatı Çeliki radikal millətçi Bozkurtlar (Bozqurdlar) təşkilatının liderlərindən biri adlandırıb. O, Türkiyə qırıcıları tərəfindən vurulan SU-24 hərbi bombardmançının pilotu Oleg Peshkov paraşütlə yerə enərkən ona atəş açdığını deyib.
Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi Suriya-Türkiyə sərhədində 2015-ci il noyabr ayının 24-ü Türkiyə qırıcıları tərəfindən vurulub. Təyyarənin komandiri Oleg Peshkov ölüb, lakin təyyarənin naviqatoru xilas edilib.
Həbs edildikdən sonra Çelik Rusiya pilotunu öldürmədiyini və Peshkov paraşütlə yerə enərkən silahlı həmkarlarına pilota atəş açmamağa əmr verdiyini bəyan edib. (bbc)
İnterpress.az