İnterpress.az \”Gazeta Ru\”ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump, Fələstin Dövlət Başçısı Mahmud Abbas ilə etdiyi ikitərəfli görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında kameralar qarşısına keçdi.
Trump:-\”Sülhün təmin edilməsi mövzusunda qərarlıyam. Bu iki liderlə (Abbas və İsrail Baş naziri Binyamin Netanyahu) qalıcı bir sülhə qovuşmaq üzrə iş birliyinə ümid edirəm\” dedi.
\”Fələstin iqtisadiyyatına dəstək üçün …\”
Ölkəsinin Fələstin iqtisadiyyatına dəstək olacağını söyləyən Trump:- \”Fələstin iqtisadiyyatına dəstək üçün prezident Abbas ilə iş birliyinə ümid edirik. Sülhün bərqərar olması üçün fələstinlilərə və israillilərə kömək edəcəyik \”- ifadələrini istifadə etdi.
Terrorla mübarizə
ABŞ prezidenti həmçinin İngiltərənin Manchester şəhərində konsert salonunda reallaşan terror hücumunu qınayaraq, \”terrorla\” mübarizədə qərarlı olduğunu vurğuladı.
Terrorla mübarizədə iş birliyinin vacibliyinə işarə edən Trump, bunları qeyd etdi:
\”Səudiyyə Ərəbistandakı sammit əsnasında Ərəb və Müsəlman liderlərə terrorla mübarizə mövzusunda iş birliyimizin vacib və lazım olduğunu söylədim. Onların terrorla mübarizəyə hazır olduqlarını hiss etdim.\”
İnterpress.az