İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Parlamentində ötən iyun ayında təsdiqlənən homoseksual evlilik qanunu, 1 oktyabrdan etibarən rəsmən tətbiq olunmağa başlandı.
Berlin, Hamburq, Hannover kimi çox sayda bələdiyyələrin evləndirmə dairələri 1 oktyabrda iş başında olub. Bazar günü Almaniya daxilində 30-dən artıq homoseksual evlilik həyata keçirilib.
Qeyd edk ki, homoseksual evliliklərin sayı önümüzdəki həftədən etibarən yüksəlməsi gözlənilir.
İnterpress.az