İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Xarici İşlər Naziri Mahmud Əli və onu müşayiət edən heyət, paytaxt Dakkada Myanma Dövlət Rəhbərliyi Baş Katibi U Kyaw Tint Swe ilə bir araya gəldi.
Konfransda Myanmaya Arakanlı Müsəlmanların ölkələrinə qayıtması və Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş Baş Katibi Kofi Annan rəhbərliyindəki Arakanın Məsləhətləşmə Komissiyasının tövsiyələrinin həyata keçirilməsi barədə saziş layihə təqdim olunub.
Banqladeş Xarici İşlər Naziri Əli, görüşdən sonra keçirdiyi mətbuat konfransında illərdir Arakanlı Müsəlmanlara qarşı etnik təmizləmə həyata keçirən Myanmaya, Banqladeşdəki Arakanlı Müsəlman qaçqınlarını geri almağı təklif etdiyini deyib.
Digər tərəfdən, toplantıya dair Myanma tərəfindən hələ ki, açıqlama verilməyib.
Konfransda həmçinin Banqladeş Daxili İşlər Naziri Asaduzzaman Xan Kamalın də Arakanlı Müsəlmanlar məsələsində Myanmanı səfər edəcəyini bildirib.
İnterpress.az