İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Las-Veqas şəhərindəki konsertdə təşkil olunan hücumda ən azı 50 adam öldüyü, 200 adamın da yaralandığı məlum oldu. ABŞ mətbuatı təcavüzkarın adının Stefan Paddock olduğunu açıqlayıb. Təcavüzkarın Asiya mənşəli olduğu güman edilən qadın dostu Marilou Danleyin də tutulduğu qeyd olundu.
Daha əvvəldən Las-Veqasda kazinoda çalışan Marliou Danley, polis tərəfindən axtarışa verilmişdi. Facebookda uşaqları və nəvələri ilə bir çox şəkli olan qadının facebook hesabını tamamilə bağladığı təsdiq olunub.
Hər yerdə axtarılan Marilou Danley, irəliləyən saatlarda yaxalandı.
İnterpress.az