Trumptan  Las-Veqas açıqlaması! ABŞ-da milli matəm günü elan edildibackend

Trumptan Las-Veqas açıqlaması! ABŞ-da milli matəm günü elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, Las-Veqasda 50 nəfərin həyatını itirdiyi terror hücumu ilə bağlı mətbuat konfransı keçirdi. Trump, hücumu qınayaraq, \”Amerikalıları bu gün kədər, şok və üzüntü birləşdirdi. Sizin üçün dua edirik. Cavabları rahatlıqla tapmaq asan deyil, ən qaranlıq sahə tək bir işıqla işıqlanır. Tanrıdan bu qaranlıq dövr ərzində sizi görməsini istəyirik. Birliyimiz pisliklərdən parçalanmaz, bağlarımız şiddətdən qırılmaz. Hadisə yerinə ilk gələn və müdaxilə edən komandalara təşəkkür edirəm. Yaralıların sağalması üçün dua edirik. İtkilərimizdən sonra bayrağımızın yarıya endirilməsi əmrini verdim. Çərşənbə günü də burada qurbanların ailələri ilə, hadisəyə ilk müdaxilə edənlərlə bir araya gələcəyik. Pislik bəşəriyyəti heç bir şəkildə məğlub etməyəcək\” dedi.
Bir daha qeyd edək ki, ABŞ-da hücum səbəbilə milli matəm elan edilib.

İnterpress.az