İddia: Qatil multimillioner idimi?backend

İddia: Qatil multimillioner idimi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

59 nəfərin ölümünə 500-dən artıq adamın yaralanmasına səbəb olan Las-Veqas hücumunun cinayətkarı Stefan Paddock.

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 64 yaşlı Stefan Paddock Las-Veqasa 128 km məsafədə yerləşən Mesquitedə yaşayan əməkli bir mühasib. Həyat yoldaşından boşandıqdan sonra Mesquitede Marilou Danleylə birlikdə yaşayırdı.

Qardaşı Erik Paddockaya görə daha əvvəl şiddət meyli olduğuna dair heç bir əlaməti yox idi. Qardaşının sözlərinə görə, ataları Bencamin Hoskins Paddock, bank soyğunçu olaraq 10 iyun 1969-ci il – 5 May 1977 arasında FBI-yın axtarış siyahısında olub.

CNN İnternationalın xəbərinə görə, Paddockun atası 1969- da həbsxanadan qaçıb və 1978-də Oreqonda yaxalanana qədər burada yaşayıb. Erik Paddock atalarının bir neçə il bundan əvvəl öldüyünü və o, anadan olanda atasının qaçaq olduğunu deyib. Anası və atası 8 illik evliliyin ardından 27 il əvvəl boşanıb və anası Los Ancelesdə yaşamağa başlayıb. Ayrılıqdan sonra anası və atası arasındakı bütün əlagələr kəsilib.

Stefan Paddockun qardaşı ən son İrma qasırğasından sonra mesajla görüşdüyü qeyd olunub. Anası ilə isə ən son bir həftə əvvəl telefonda danışıb.

Erik Paddock, qardaşının heç bir terror təşkilatıyla əlaqəsi olmadığını və nə üçün belə bir şey etmiş olduğuna dair bir fikri olmadığını deyib.

Ekspertlər Stefen Paddockun evində apardığı tədqiqatda silahlar tapdıqlarını açıqlayıblar.

Las-Veqas Metropolitan Polis Şərifi Cozef Lombardonun verdiyi bəyanatda Paddockun qadın dostu Marilou Danleyin isə hücum zamanı Filippində olduğunu bildirilib.

Paddockun qardaşının sözlərinə görə, Las-Veqas təcavüzkarı əmlak sərmayəçisi olub. Uşaqlıqda xırda pul kolleksiyası edirdi və ən son 90 yaşlı anasına əl arabası göndərmişdi.

Bundan başqa, rəsmilərdən alınan məlumata görə, təcavüzkarın pilot səlahiyyəti olduğu, lakin qanuni olaraq uçması üçün lazım olan tibbi vəsiqəsinin olmadığı öyrənildi.

İnterpress.az