İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da prezident vəzifəsini xələfi Donald Trumpa təhvil verdikdən sonra kitab yazıb, konfranslarda çıxış edən Barak Obama, pulunu əmlakda qiymətləndirir. Qızı məktəbi bitirənə qədər Vaşinqtondakı 8.1 milyon dollar dəyərindəki evlərində yaşayacaq olan Obama ailəsi, Nyu-Yorkda mənzil almağa düşünür.
Keçmiş sədrin şəhərin ən bahalı bölgəsi olan Manhettanda ikiqat bir mənzil alacağı iddia edilib. Məşhur memar tərəfindən təmiri aparılan 1930 ildə inşaat edilmiş evdə 5 yataq otağı və iki zal var. Evin qiymətinin isə 10 milyon dollar olduğu qeyd olunub.
Qeyd edək ki, Barak Obama və xanımı Michellein yazacağı memuar kitablarının qlobal yayım haqlarını Penguin Yayım Evi almışdı. Nəşriyyat evi, Baraklara 65 milyon dollar ödəmişdi.
İnterpress.az