Azərbaycan təyyarəsi Ermənistan səmasında – Ermənilər vahimədəbackend

Azərbaycan təyyarəsi Ermənistan səmasında – Ermənilər vahimədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ermənistanın “News.am” saytı məlumat yayıb. Verilən məlumata görə, həmin təyyarə Avropa İttifaqının siyasət və təhlükəsizlik komitəsinin nümayəndələrini aparıb.

Sonradan məlum olub ki, nümayəndə qrupu Bakının Heydər Əliyev hava limanından çarter reysi ilə İrəvanın “Zvartnoç” aeroportuna uçub. Bu uçuş barədə “Zvartnoç” məlumat saytında Bakıdan gələn təyyarə barədə elan yayımlanıb. Bu elan erməniləri vahiməyə salıb.

Qeyd edək ki, Avropa İttifaqının siyasət və təhlükəsizlik komitəsinin nümayəndələri Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüş yekunlaşandan sonra onlar təyyarə ilə İrəvana uçublar.

İnterpress.az