Sevgilisi Las Vegas hücumçusu haqqında: “nəzakətli, qayğıkeş, sakit” adambackend

Sevgilisi Las Vegas hücumçusu haqqında: “nəzakətli, qayğıkeş, sakit” adam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marilou Danley bunu polisin Stephen Paddock-un \”gizli həyat\” yaşadığını dedikdən sonra verdiyi ifadəsində açıqlayıb.
Şerif Joseph Lombardo oktyabrın 4-də keçirilən mətbuat konfrasında bildirib ki, polis Paddock-un oteldə saxladığı maşınında da partlayıcı və 1.600 güllə aşkar edib.
Polis deyir ki, Paddock hadisədən bir neçə saat əvvəl qumar oynayıb.
O da müəəyyən edilib ki, bir həftə əvvəl Paddock Las Vegas-da keçirilən başqa bir açıq hava müsiqi festivalına yaxınlıqda yüksək mərtəbələi Ogden otelində də bir otaqda qalıb.
Amma hələ də polis Paddock-un hərəkətinin motivlərini müəyyənləşdirə bilməyib.
Hər hansı terror təşkilatı ilə əlaqə isə tapılmayıb.
\”Biz hələ də bunu başa düşməmişik\”, şerif Lombardo jurnalistlərə deyib.
Ms Danley həftənin üçüncü günü Filippindəki tətilini yarımçıq qoyaraq könüllü geri qayıdıb. O, Paddock-un əməlindən şok keçirdiyini bildirib.
Ms Danley ifadəsində deyib: \”Mən onu sevirdim və birlikdə gələcəkdə sakit həyata ümid edirdim\”.
Polis Ms Danley-i təhqiqat üçün \”faydalı şəxs\” sayıb və hücumdan sonra onunla əlaqə saxlayıb.
Filippində qaldığı iki həftədən sonra könüllü geri qayıdan Ms Danley deyib ki, Paddock onu ailəsini ziyarət etmək üçün \”ucuz bilet\”lə təəccübləndirib. Orda olarkən isə ona ev almaq üçün 100 min dollar göndərib.
\”Mən minnətdar idim, ancaq, düzünü desəm, narahat oldum ki, belə bir üsulla məndən ayrılmaq istəyir. Heç vaxt ağlıma da gəlməzdi ki, o, kiməsə qarşı zorakılıq etməyi planlaşdırır\”.

Paddock Mandalay Bay otelində otağı sentyabrın 28-də kirayələyib.
Keçmiş mühasib Stephen Paddock iki şəxsi təyyarəsi olan milyonçu əmlak yatırımçısı olub.
O, oktyabrın 1-də qaldığı otelin 33-cü mərtəbəsindən açıq havada keçirilən konserti odlu silahla atəşə tutub. Hadisə nəticəsində 58 adam ölüb, 500 şəxs yaralanıb.
The president was joined by House Majority Leader Kevin McCarthy, Nevada congressman Mark Amodei and Nevada Senator Dean Heller, who had constituents killed in the attack. (bbc)

İnterpress.az