Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Verilən məlumata görə, Türkiyənin ABŞ-dakı diplomatik nümayəndəlikləri bu ölkəyə vizalarının verilməsini qismən bərpa edə bilər.
Qeyd edək ki, bir az əvvəl yayılan məlumata görə, ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri bu gün “məhdud sayda” vizaların verilməsini bərpa edib. Məlumata görə, Amerika hökuməti bu addımı Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-da səfəri ərəfəsində atmağa qərar verib.
Xatırladaq ki, B.Yıldırım 7-11 noyabr tarixlərində baş tutacaq səfər zamanı ABŞ-ın vitse-prezidenti Maykl Penslə danışıqlar aparmaq niyyətindədir. Görüşdə həmçinin viza məsələsinin müzakirə olunacağı gözlənilir.
Onu da qeyd edək ki, bir müddət əvvəl ABŞ Türkiyədəki baş konsulluğun əməkdaşının saxlanması səbəbi ilə bu ölkə vətəndaşlarına viza verilməsini dayandırıb. Hadisə sentyabrın 8-də baş verib. Türkiyə hökuməti isə amerikalı diplomatının saxlanılmasını həmin əməkdaşın Fəthulla Gülən hərəkatı ilə əlaqələri olması ilə izah edib. (olke.az )
İnterpress.az