Ermənilər azərbaycanlı generalın şəklini paylaşdı: “Təəssüf ki, bizdə belə deyil”backend

Ermənilər azərbaycanlı generalın şəklini paylaşdı: “Təəssüf ki, bizdə belə deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni \”facebook” istifadəçisi Haykaz Gevorkyan fotonu \”Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.

Qeyd edək ki, Yaşar Aydəmirovun həmin fotosu noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib. Fotoda 1997-ci ildə şəhid olan kəşfiyyatçı Anar Rzayevin anası Siyafət Rzayevaya medal təqdim edən general-leytenant Yaşar Aydəmirov ehtiram əlaməti olaraq şəhid anasının əlindən öpür və qarşısında baş əyir.

Ermənilər azərbaycanlı generalın şəklini paylaşdı: "Təəssüf ki, bizdə belə deyil”

İnterpress.az