Eldar Əzizov Səbailin vəzifəli şəxşlərinə xəbərdarlıq etdibackend

Eldar Əzizov Səbailin vəzifəli şəxşlərinə xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az modern.az-a istinadən xəbər verir ki, müşavirəni aparan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, ölkə başçısının tapşırıq və göstərişlərinə əsasən son illər ərzində rayonda xeyli işlər görülüb və bir sıra layihələr həyata keçirilib.

Eyni zamanda rayonda baş verən neqativ hallar, o cümlədən qanunsuz torpaq zəbti və burada tikinti işlərinin aparılması halları kəskin şəkildə azaldılıb və demək olar ki, tam dayandırılıb.

Lakin buna baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları da aşkarlanıb. İcra başçısı qeyd edib ki, Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalarda bu işbazların bəzi dövlət qurumları nümayəndələri ilə əlbir olaraq saxta sənədlər əsasında torpaq satışına cəhd etməsi müəyyən olunub və hazırda araşdırmalar davam edir.

Bununla bağlı RİH başçısı tərəfindən rayonun aidiyyəti qurumlarına bu istiqamətdə işlərin və əraziyə nəzarətin gücləndirilməsi ciddi surətdə tapşırılıb, işində nöqsanlara yol vermiş vəzifəlı şəxşlərə ciddi xəbərdarlıq olunub.

Müşavirədə həmçinin, ərazinin sanitar təmizliyi, payız-qış mövsümünə hazırlıq və c. məsələlər müzakirə edilib.

İnterpress.az